Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Nicat Orucovdur.
Orucov Nicat Niyadxan oğlu 20 iyul 1999-cu ildə anadan olub.
Hakim Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
26 oktyabrda Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub.
Ölümündən sonra bir sıra medallarla təltif edilib:
1. “Vətən Uğrunda” medalı;
2. "Vətən müharibəsi iştirakçısı" medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Cəbrayılın azad edilməsinə görə” medalı;
5.“Xocavəndin azad edilməsinə görə” medalı;
6. “Füzulinin azad edilməsinə görə” medalı;
7.“Şuşanın azad edilməsinə görə” medalı.