2021/05/Captu-1621885768.jpg

line
Adı: Şıxəliyev
Soyadı: Ənvər
Ata adı: Vadimoviç
Doğum tarixi: 24.02.2001
Şəhid olub: 29.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Şücaətə görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Ənvər Şıxəliyevdir.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ənvər Vadimoviç oğlu Şıxəliyev 2001-ci il fevralın 24-də Qusar rayonunun Xürəl kəndində anadan olub.

Ənvər Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ənvər Şıxəliyev oktyabrdın 29-da şəhid olub. Qusar rayonunda dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ənvər Şıxəliyev ölümündən sonra “Cəsur döyüşçü”, ”Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şücaətə görə” medallar ilə təltif edilib.