Əli Malik oğlu Feyziyev 11 iyul 1993-cü ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olub. 2000-2011-ci illərdə Ərçivan kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. Şəhidimiz 2015-ci il yanvar ayının 25 də Afaq xanımla ailə həyatı qurub, bir qız, bir övladı yadigardır.
Azərbaycan Ordusunun əsgəri olan Əli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli,Cəbrayıl, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Feyziyev noyabrın 8-də Şuşada şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Feyziyev ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Cəbrayıl, Xocavənd və Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.