Oqtay Ələddin oğlu Bədəlov 1984-cü il, oktyabrın 27-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun baş giziri kimi Kəlbəcər, Cəbrayıl, Xocavənd rayonları və Şuşa şəhərinin azadlığı uğrunda döyüşlərdə iştirak edib.
Oqtay Bədəlov oktyabrın 27-də Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarasından şəhid olub. Tovuz rayonunun Çeşməli kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay Bədəlov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb.
Oqtay Bədəlov, Prezident İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" , 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.