Şahin Şamxal oğlu Fətalıyev 30 iyul 2020-ci ildə Beyləqan rayonu Bolsulu kəndində dünyaya gəlib. Orta təhsilini aldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanan Fətaliyev hərbi xidmət müddəti bitdikdən sonra ordu sıralarında xidmətini davam etdirib. 2-ci Ordu Korpusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun əsgəri olan Şahin Fətalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan Vətən müharibəsində iştirak edib. İşğalda olan torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Şahin Fətalıyev 30 sentyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Şahin Fətalıyev ailəli idi, Zəhra adlı körpə qızı əmanət qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Fətalıyev ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə" medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdlik və igidlik göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə " medalı ilə təltif edilib.