2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdə kəşfiyyatçı kimi yetişib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmək, ön cəbhəyə getmək üçün ailəsindən xəbərsiz könüllü olaraq müraciət edib. Müraciəti qəbul edilib və Ülvi Həsənov ön cəbhəyə yollanıb. Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.
Ülvi Həsənov 11 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ülvi Həsənov şəhadət şərbətini içərək şəhidlik zirvəsinə yüksəlib. Canından Vətənimə can verib VƏTƏNLƏŞİB.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ölümündən sonra
"Vətən uğrunda" medalı, Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən
"Füzulinin azad olunmasına görə" medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən
"İgidliyə görə" medalı, Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən
"Cəbrayılın azad olunmasına görə" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən
"Xocavəndin azad olunmasına görə" medalı, Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən
"Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.