2021/06/800px-1623473901.jpg

line
Adı: Ziyəddin
Soyadı: Xanalıyev
Ata adı: Ariz
Doğum tarixi: 16.01.1999
Şəhid olub: 06.11.2020
Rütbəsi: Çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında qəhrəmancasına vuruşan və şəhid olan igid oğullardan biri də Ziyəddin Xanalıyevdir.

Xanalıyev Ziyəddin Ariz oğlu 1999-cu il yanvarın 16-da Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. O, orta təhsilini qonşu Təzəkənd kənd orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini layiqincə yerinə yetirən Ziyəddin sonra mülki gəmidə işləməyə başlayıb.

27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda könüllü olaraq Azərbaycan Ordusu sıralarına qatılıb. Düşmən tapdağı altında olan torpaqlarımızın erməni işğalından azad olunması uğrunda həyata keçirilən bir sıra uğurlu hərbi əməliyyatlarda fəal iştirak edib. Ziyəddin Xanalıyev ağır döyüşlərdə belə, şücaətlər göstərib. O, 6 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.

Şəhidimizin nəşi noyabrın 19-da Biləsuvar rayonuna gətirilərək Ağalıkənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ziyəddin Xanalıyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

memorial.az