2021/05/togru-1621946171.jpg

line
Soyad: Məmmədzadə
Ad: Toğrul
Ata adı: Pərviz
Doğum tarixi: 14.10.2001
Rütbə: əsgər

Toğrul Pərviz oğlu Məmmədzadə (1 oktyabr 2001; Sabirabad rayonu, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Toğrul Məmmədzadə 2001-ci il oktyabrın 1-də Sabirabad rayonunun Qaratəpə kəndində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Toğrul Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Toğrul Məmmədzadə oktyabrın 18-da Ağdərə istiqamətində şəhid olub. Sabirabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.



memorial.az