2021/05/250px-1621972337.jpg

line
Adı: Mirxəyal
Soyadı: Kərimzadə
Ata adı: Valeh
Doğum tarixi: 10.01.1999
Şəhid olub: 09.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Mirxəyal Valeh oğlu Kərimzadə 10 yanvar 1999-cu ildə Lənkəranda anadan olub.

Orta təhsilini Lənkəranda öncə 9, sonra isə 7 saylı orta məktəbdə almaqla 2016-cı ildə başa vurmuş sonra isə kompüter kursunda təlim almışdır. Subay idi. Kompüter texnologiyaları mütəxəssisi kimi çalışırdı.

2017-2018-ci illərdə Naxçıvanda ağır artilleriya bölümündə atıcı kimi xidmət göstərib.

Azərbaycan Ordusunun əsgəri olan Mirxəyal Kərimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü iştirak edərək sentyabrın 28-i cəbhəyə yollanmışdır. Əvvəl Gəncəyə, oradakı 3 günlük xüsusi təlimdən sonra isə Murovdağa göndərilmişdir. Füzuli əməliyyatında və Xocavənd rayonunun işğaldan azad olunmasında iştirak etmişdir. Komandir və döyüş yoldaşlarının söylədiklərinə görə, ələlxüsus Füzuli rayonunun Yuxarı Veysəlli kəndinin düşmən işğalından azad edilməsində xüsusi igidlik və şücaət göstərmişdir. Noyabrın 3-ü səhər saatlarında Xocavənd uğrunda gedən döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini məhv etmişdir. Yaralanmış komandirini və bir neçə döyüş yoldaşını döyüş meydanından çıxararaq onlara ilkin tibbi yardım da göstərmişdir. Zirehli üst geyimini çıxardaraq yaralı komandirinin üstünə atmış və onu xilas edə bilmişdir. Özü isə yenidən döyüşə qayıtmış, az sonra 5.45 çaplı açılan silahdan qarın boşluğuna dəyən güllə nəticəsində şəhid olmuşdur. 9 noyabr Lənkəran şəhərinin kiçik bazar qəbiristanlığında dəfn olunmuşdur.

Əsgər Kərimzadə Mirxəyal Valeh oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”,“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.