2021/05/13354-1621972480.jpg

line
Adı: İsayev
Soyadı: Təbriz
Ata adı: İsabala
Doğum tarixi: 12.03.1993
Şəhid olub: 10.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Şücaətə görə» medalı
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Təbriz İsayevdir.

İsayev Təbriz İsabala oğlu 12 mart 1993 -cü ildə Cəlilabad Rayon Böyük Bəcravan kəndində dünyaya göz açıb. Şəhidimiz orta təhsilli olub.

Təbriz (XTQ) Xüsusi Təyinatlı Qüvvələrində 2014 -cü ildən gizir kimi xidmət edib. Xidmət etdiyi dövrdə hər kəsin hörmətini qazanıb. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub, həmin döyüşlərdə yaralanaraq qazi adını alıb,xidmətinə davam edib. 2020-ci il ikinci Qarabağ döyüşçüləri başlayan gündən Vətənini qorumaq üçün ön cəbhədə düşmənlə üzbəüz vuruşub. Təbriz bu döyüşlərdə yaralanaraq xəstəxanaya yerləşdirilib,lakin Təbriz həkimlərə döyüşə qatılmaq isdədiyini,yoldaşlarının yanında olmaq isdədiyini deyib və öz ərizəsi ilə təkrar döyüşlərə qatılıb. Füzuli istiqamətində Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə 10 oktyabr 2020-ci ildə düşmənin snayperdən açdığı atəş nəticəsində ürəyindən aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalib. Şəhidimizin nəşi oktyabrın 13-ü doğulub boya-başa çatdığı Cəlilabad rayon Bəcravan kəndinə gətirilərək dəfn olunub.

Qəhraman şəhidimiz "Azərbaycan Bayrağ" ordeni, " Şücaətə görə " " Xocavəndin azadlığına görə " , "Cəbrayılın azadlığına görə" , "Vətən uğrunda" , "Kəlbəcərin azadlığına görə" orden və medalları ilə təltif edilib.

Onuda qeyd edək ki, şəhidimiz ailəli olub. 15 Oktyabr 2015-ci ildə Aygül xanımla sevərək ailə qurub. Şəhidimizin bir qız,bir oğul övladı yadigar qalıb.