İlqar Nadir oğlu Mayılxanlı 24 iyul 1998-ci ildə Beyləqan rayonunun Milabad kəndində dünyaya göz açmışdır. 2004-2015-ci illərdə şəhid Vilayət Cəfərov adına Beyləqan rayon Milabad kənd tam orta məktəbində təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 5 oktyabr 2016-cı ildə hərbi xidmətə yollanmışdır. 2018-ci ilin 12 aprelində ordudan tərxis olunan İlqar həmin ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Hərbi xidmətinə piyadanın döyüş maşınında tuşlayıcı vəzifəsində başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan İlqar Mayılxanlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüşən İlqar müharibənin ilk günü qarşı tərəfin texnikasını, silah-sursatını, canlı qüvvəsini məhv edib. İlqarın idarə etdiyi tank hədəf alınır. O, yaralı döyüş yoldaşlarını xilas edir. İlqar Mayılxanlı 27 sentyabr 2020-ci ildə minaatandan açılan atəş nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Mayılxanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Mayılxanlı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Mayılxanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Mayılxanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Mayılxanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Mayılxanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.