Hüseynov Fərid Ehtibar oğlu 1994-cü il iyunun 6-da Mingəçevir şəhərində doğulub. Körpe yaşlarında ailesində problemler olduğuna göre anası ve qardaşı ile birlikdə Şəki rayonu Qayabaşı kəndinə gəlib ve orada yaşamağa başlayıblar.
Birinci sinifə Qayabaşı kənd məktəbində gedib. Fərid Hüseynov erkən yaşlarından xərçəng xəstəsi anasının sağlamlığı üçün kənddə bəzi işlərdə işləməyə başlayıb. Fərid Hüseynov 2012-2014-cü illərdə Ağdam bölgəsində Quru Qoşunlarında atıcı olaraq xidmət göstərib. Hərbi xidməti başa vurduqdan sonra Fərid öz evlərinə- Qayabaşı kəndinə dönüb. 2014-cü ildə ailə həyatı qurub.
2017-ci ildə anasının vəfatından sonra ailəsi ile birlikde Bakıya köçüb və Xocasən bələdiyyəsində fəhlə kimi çalışıb. Vətən müharibəsi başlayanda çağırışçı kimi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Xocavənd uğrunda gedən qızğın döyüşlərdə düşmənin açdığı snayper gülləsi nəticəsində ürəyindən vurulan Fərid Hüseynov şəhid olub. Noyabrın 12-də Fərid öz doğma kəndinə gətirilib və Qayabaşı kənd qebiristanlığında torpağa tapşırılıb.Fərid Hüseynovun Vətənə və bizlərə əmanət iki qız övladı - Damla ve Nəzrin yadigar qalıb. Fərid Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına göre", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.