2021/10/rehma-1633297494.jpg

line
Adı: Bayramov
Soyadı: Rəhman
Ata adı: Dilcan
Doğum tarixi: 20.08.1993
Şəhid olub: 09.11.2020
Rütbəsi: əsgər

Rəhman Dilcan oğlu Bayramov 1993-cü il, avqustun 20-də Gəncə şəhərində doğulub. 2012-ci ildə Göygöl rayonunun 8 mart qəsəbə tam orta məktəbini bitirib. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

2020-ci il, sentyabrın 27-də Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr, 2020-ci il tarxli Sərəncamına uyğun olaraq, 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağırılıb. Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il, noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

2020-ci il, dekabrın 28-də Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

İki övladı yadigar qalıb.


Həyat yoldaşı Turanə xanım: “Evimiz yox idi. Bir otağım vardı, qapı-pəncərəm yox idi. Deyirdim, ay Rəhman, sən də getsən, bizi kim qoruyacaq? Gülüb deyirdi ki, mən olmayandan sonra daha yaxşı yaşayacaqsınız. Fəhlə idi yoldaşım. Usta yanında işləyirdi, amma buna baxmayaraq, bizə heç nədən korluq vermirdi. İki qız övladımız var”.

Rəhman Turanənin dayısı oğlu olub. Turanə deyir ki, yenidən dünyaya gəlsə, bilsə ki, həyatı yarımçıq qalacaq, yenə Rəhmanla ailə həyatı qurardı: “Kasıb olsaq da, mehriban idik, xoşbəxt idik. Başımın üstündə idi. İndi isə mənə mərmərdən baxır. Darmadağınam. Toparlanıb, övladlarımı başıma yığıb, həyata yenidən başlaya bilmirəm. Bir yanım boşdur. Çox acınacaqlı vəziyyətdə yaşayıram. Əvvəl yenə evimin istiliyi vardı, Rəhman vardı. İndi heç nə yoxdur. Soyuq divarlar, iki azyaşlı qız və təkbaşına mən...”