2015-ci ildə hərbi xidməti başa vuraraq doğulub boya-başa çatdığı Qulubəyli kəndinə qayıdıan Rüfət 2020-ci ilin sentybarında başlayan vətən müharibəsinə qatılır. O Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərərk düşmənin canlı qüvvəsini və texnikasını məhv edir.
Dəfələrlə anasına, qardaşına ''torpaqlarımızı azad edəcəm'' deyən Rüfət Mehdizadə ötən ilin oktyabrın 29-da qəhrəmancasına şəhid olur.
Qardaşı və bacısı bu gün şəhid qardaşları ilə fəxr edirlər. Çünki müzəffər ordumuzun şanlı qələbəsində onun da payı var.