2021/05/husey-1622015119.jpg

line
Adı: Quliyev
Soyadı: Hüseyin
Ata adı: Həsən
Doğum tarixi: 04.03.1999
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Hüseyn Quliyevdir.

Hüseyn Həsən oğlu Quliyev 1999-cu il martın 4-də Gəncə şəhərində anadan olub.

O, 2005-2016-cı illərdə M. Mehdizadə adına İngilis dili Təmayüllü 4 saylı Liseydə təhsil alıb. 2016-2020-ci illərdə isə Bakı Dövlət Universitetində (BDU) tarix üzrə ali təhsil alıb.

Hüseyn Quliyev 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Hüseyn Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, sentyabrın 28-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Hüseyn Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Hüseyn Quliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 30 dekabr tarixli Sərəncamına əsasən Hüseyn Quliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.