2021/05/13024-1622017946.jpg

line
Adı: Quliyev
Soyadı: Elçin
Ata adı: Etibar
Doğum tarixi: 24.08.2001
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan Elçin Quliyevdir.

Quliyev Elçin Etibar oğlu 2001-ci il noyabrın 10-da İmişli rayonunun Məzrəli kəndində anadan olub.

Əhliman Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

O, oktyabrın 10-da Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Elçin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Elçinin atası Etibar Quliyev deyir ki, o, müharibə başlamamışdan öncə, hələ hərbi xidmətdə olarkən torpaqlarımızı azad edəcəyini bildirirdi. Sanki gələcəyi görürdü, hiss etmişdi. Həqiqi hərbi xidmətə də böyük ruh yüksəkliyi ilə yollandı. Döyüşlər başlayan zaman imkan olduqca əlaqə saxlayırdı. Onun döyüş yolu Suqovuşan istiqamətində olub.



Elçin atası ilə sonuncu dəfə danışanda ondan hər vəziyyətə hazır olmağı söyləyib. Bu danışıqdan bir həftə sonra isə şəhidlik zirvəsinə ucalıb.

Qardaşı Ələmdar bildirir ki, Elçin torpaqlarımızı azad etmək arzusu ilə yaşayırdı və bu arzusuna çatdı. “2020-ci ilin yanvar ayında o xidmətdə olarkən yanına getmişdim. Mənə işğalda olan torpaqlarımızın istiqamətini göstərdi və dedi ki, o yerlərin hər qarışı bizim vətənimizdir. Döyüş əmrinin verilməsini gözləyirdi. Onun dostu Əhliman Elçindən qabaq şəhidlik zirvəsinə ucaldı. Oktyabrın 2-də dəfn mərasiminə getmişdim. Sanki Elçin bunu hiss etmişdi. Həmin zaman zəng etsə də, dostunun şəhid olduğunu söyləmədim. Mənə dedi ki, ata-anam sənə əmanətdir, evdən muğayat ol. Dostunun dəfnindən bir həftə sonra isə qardaşım Elçin də şəhidlik zirvəsinə ucaldı. Hər iki dost öz şərəfli şəhadəti ilə tarix yazdılar. Əvvəllər şəhid deyəndə Mübariz İbrahimov, Polad Həşimov və digər qəhrəmanlarımızı düşünürdüm. İndi Elçin də onlara qardaş oldu. Bütün şəhidlər mənim qardaşımdır, hər biri ilə fəxr edirəm”, - deyə Ələmdar söyləyir.