2021/05/12726-1622019939.jpg

line
Adı: Nəsirov
Soyadı: Nahid
Ata adı: Əlizamin
Doğum tarixi: 11.12.1995
Şəhid olub: 10.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Nahid Əlizamin oğlu Nəsirov 11 dekabr 1995-ci ildə Saatlı rayonu Ağarəhimli kəndində anadan olub. 2001-ci ildə C.Cabbarli adina Ağarəhimıi kənd orta məktəbin 1-ci sinfinə daxil olub, orta məktəbi başa vurduqdan sonra, 2011-2015-ci illərdə Şirvan şəhər Humanitar və İqtisadiyyat Kollecində təhsil alıb.

2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Saatlı rayonu Qıraqlı kənd orta məktəbində müəllim işləyib.

Hərbi xidmətdə olarkən 2016 - ci il Aprel döyüşlərində fəal iştirak edib, göstərdiyi şücaətə gorə komandanlıq tərəfindən mükafata layiq görülüb. 2020 - ci il, İkinci Qarabağ müharibəsi zamani hərbi xidmətə çağırılıb, Xocavənd,Cəbrayıl,Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.

10 noyabr 2020 - ci il tarixdə Şuşa uğrunda gedən döyüşlər zamanı düşmənin attığı mərmi nəticəsində aldığı qəlpə yarasından şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Nahid Nəsirov ölümündən sonra
"Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" "İgidliyə görə" medalları ilə təltif edilib.