Nurlan Tofiq oğlu Nuruzadə 2001-ci ilin avqust ayının 9-da Sumqayıt şəhərində doğulub. Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsil alıb.
2019-cu ilin oktyabr ayında həqiqi xidmətə çağırılıb və Ağcabədidə yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. Sonra hərbi xidmətini Beyləqanda davam etdirən Nurlan topçu idi.
Zabitlər tərəfindən həmişə təqdir görən gənc topçu, əsgər yoldaşları arasında da hörmət sahibi olub. Azərbaycan Böyük Vətən Müharibəsinin ilk günündən döyüşlərə cəlb olunan topçumuz Füzuli istiqamətində gedən ağır döyüşlərdə – 2020-ci il oktyabrın 1-də şəhidlik zirvəsinə ucalıb .
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Nuruzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Nuruzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Nuruzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Nuruzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Nuruzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.