2020-ci il sentyabrın 21-də könüllü olaraq cəbhəyə yollanıb. 2 dəfə döyüşçü yoldaşları ilə mühasirədə qalıb. Lakin onlar mühasirəni yarıb düşmənin xeyli canlı qüvvəsini məhv edərək xilas olub. Nurlan daha sonra oktyabrın 5-də başlayan daha ağır döyüşlərdə iştirak edib. Cəbrayılda ermənilərin bir neçə postunu ələ keçirib ora yerləşiblər. Oktyabrın 9-da Qubadlı istiqamətində gedən döyüşlərə yollanıb, Laçın dəhlizinə qədər gedib çıxan Nurlan ailəsi ilə telefon danışığında Həkəri çayının gözəlliyindən də bəhs edib. Alınan hər bir kəndə görə çox sevindiyini deyən Nurlan ailəsindən ona görə narahat olmamalarını xahiş edib və bildirib ki, bütün torpaqlarımız azad olduqdan sonra qayıdacaq.
Azərbaycan Ordusunun əsgəri olan Nurlan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Nurlan Rzayev oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Nurlan Rzayev ölümündən sonra
"Vətən uğrunda" ,
"İgidliyə görə" ,
"Füzulinin azad olunmasına görə" ,
"Cəbrayılın azad olunmasına görə" ,
"Xocavəndin azad olunmasına görə" və
"Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.