Kəşfiyyatçı Rəşad Aslanovun son döyüşü Murov zirvəsi uğrunda olub. Sentyabrın 29-dan ailəsi ondan xəbər tutmayıb. Dekabrın 26-da Rəşadın şəhid xəbəri gəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Aslanov Rəşad ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və ”Vətən uğrunda” medalları ilə təltif edilib.