2021/05/Scree-1622036377.jpg

line
Adı: Səfərov
Soyadı: Saleh
Ata adı: İrzəxan
Doğum tarixi: 31.08.1983
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Saleh İrzəxan oğlu Səfərov 31 avqust 1983-cü ildə Yardımlı rayonunda anadan olub. Ailəli idi. Bir qız və bir oğlan övladı yadigar qalıb.

Səfərov Saleh 2012-ci ildə hərbi xidmətə yollanıb, xidmətini başa vurduqdan sonra yenidən 2014-cü ildə hərbi xidmətinə MAXE hərbi qulluqçu kimi davam edib. Saleh Səfərov tank komandiri vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən əsgəri Saleh Səfərov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak edib. Saleh sentyabrın 29-da Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 11 oktyabr 2020-ci ildə Yardımlı rayonu Ünəc qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Səfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhidimiz, həmçinin "İgidliyə görə" , "Cəbrayılın azad olunmasına görə" medallarına da layiq görülüb.

Döyüşə yollanan ilk gün övladları ilə şəkil çəkdirib. Həyat yoldaşına deyib ki, əgər şəhid olsam, narahat olmayın. uğrunda canımı verdiyim Vətən sizə sahib çıxacaq. Anasına isə bildirib ki, müharibədir, hər şey ola bilər. Əgər şəhid olsam, ağlamayın!