2021/05/nnnn-1622038464.jpg

line
Adı: Qənbərov
Soyadı: Mədət
Ata adı: Əzim
Doğum tarixi: 26.09.1995
Şəhid olub: 06.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
O tuz ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Ağdam rayon sakini Qənbərov Mədət Əzim oğludur.

Şəhid Mədət Qənbərov 26.09.1995-ci ildə Ağdam rayonunda dünyaya gəlib.

Mədət Qənbərovun ailəsi Ağdam rayonunun Mollalar kəndindən məcburi köçkün düşüb. Mədət ata-baba yurdu Mollalarda doğulmasa da, hər zaman doğma torpaqların həsrəti ilə yaşayıb. Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu olan Mədət Qənbərov 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatı zamanı könüllü olaraq cəbhə bölgəsinə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinə müraciət edib. 2020-ci il sentyabrın 27-də cəbhədə düşmənin növbəti təxribatlarına qarşı ordumuzun keçirdiyi əks-hücum əməliyyatları zamanı isə torpaqlarımızın azadlığı urunda döyüşlərə qatılıb.

Şəhidin anası Bəsti Vəliyeva oğlu haqqında danışır: “Mədət çox vətənpərvər, elinə-obasına gərəkli, namuslu-qeyrətli oğul idi. Biz onu vətənpərvər böyütmüşdük. Həmişə bir arzusu var idi - torpaqları işğaldan azad etmək. 1993-cü ildə şəhidlərə şeir yazmışdım. Üstünə də məzar şəkli çəkib, qərənfil qoymuşdum. Heç o zaman Mədət dünyaya gəlməmişdi. Mən bilməzdim ki, illər sonra ikinci Vətən müharibəsi başlayar, oğlum şəhid olar”.

Bəsti xanım bildirib ki, 18 gün döyüşlərdə iştirak edərək şəhid olan Mədətin Vətənlə bağlı arzusu yerinə yetdi:

“Torpaqlarımız azad oldu. Amma özü ilə bağlı olan arzuları yarımçıq qaldı.

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim...

Mədət kimi oğullar mamır olub Vətənin qayalarında bitdilər”.

Mədətin atası Əzim Qənbərov da Qarabağ müharibəsinin iştirakçısıdır. Birinci Qarabağ müharibəsində polis əməkdaşı kimi iştirak edib. Deyir ki, bu gün təsəlliləri torpaqlarımızın işğaldan azad olmasıdır: “İyul ayında general Polad Həşimov şəhid olanda Mədət yoldaşları ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdi. Vətən müharibəsi başlayanda da döyüşlərə qatıldı. Suqovuşan-Talış istiqamətində gedən döyüşlərdə iştirak etdi. Axırıncı dəfə oktyabrın 15-də telefonla danışmışdıq. Ondan sonra şəhid oldu...”.

Mədət Qənbərov 16.10.2020-ci ildə Goranboy rayon istiqamətində şəhid olmuşdur.
Mədət Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində həlak olub.

Şəhidin döyüş yoldaşları onun vətənpərvərliyindən qürurla danışırlar. Döyüş yoldaşı Rövşən Seyidov: “Mədət çox gözəl insan idi. Həmişə bizə nəyi isə öyrədərdi, başa salardı. Döyüşlərdə çox cəsur idi. Mən fəxr edirəm ki, elə bir yoldaşım olub”.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əsgər Mədət Qənbərov ölümündən sonra “Vətən uğrunda” , "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.