21 iyul, 2000-ci ildə Ağdaş rayonun Pirəzə kəndində dünyaya gələn Əhmədov Elnur Etibar oğlu 2020-ci il sentyabrın 21-də hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinin ilk günündən, sentyabrın 27- də döyüşlərə cəlb edilən Elnur, 3 gün sonra sentyabrın 29-da Goranboyun Tapqaraqoyunlu kəndinin Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən atılan odlu silah mərmisinin partlaması nəticəsində həlak olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əhmədov Elnur Etibar oğlu
"Suqovuşanın azad olunmasına görə" və
”Cəsur döyüşçü” medallarıyla təltif edilib.