Rəşad Əhmədov 2002-ci il iyun ayının 17-də Şəki şəhərində anadan olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. Suqovuşan, Ağdərə uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub.
2020-ci il, oktyabrın 1-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən atılan silah mərmisinin partlayışı nəticəsində şəhid olub.
Rəşad Əhmədovun nəşi ölümündən
90 gün sonra, dekabr ayının 30-da Şəkinin "Dovşan düzü" qəbiristanlığında, Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Əhmədov ölümündən sonra
"Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və
”Cəsur döyüşçü” medallarıyla təltif edilib.