2021/05/fgh-1622065615.jpg

line
Adı: Əmirli
Soyadı: Əmirşah
Ata adı: Səttar
Doğum tarixi: 08.03.2002
Şəhid olub: 27.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Əmirşah Səttar oğlu Əmirli 2002-ci il martın 8-də Bakı şəhəri Binəqədi rayonunda dünyaya gəlib. 2009-cı ildə Binəqədi rayonu 28 may qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbin birinci sinifinə qədəm qoyur.

Orta məktəbdə təhsil aldığı illərdə əmək fəaliyyəti ilə məşğul olaraq ailəyə maddi dəstək olur. Əmirşah evin böyük övladı idi və hər zamanda özündə bu böyüklüyü qoruyub saxlayırdı. Bir il yarım dini məktəbdə təhsil alır. Ən böyük arzusu islamşünas olmaq idi.

Təhsil illərində həm də ailənin maddi durumu zəif olduğu üçün anası Gülnar xanımla pamidor parnikində işləyir və bərbər sənətini mükəmməl öyrənərək bərbər kimi də çalışır.
2020-ci ilin may ayında həqiqi hərbi xidmətə yola düşür. İlk hərbi xidmətini Goranboy rayonu N saylı hərbi hissədə başlayır.

Beş ayın əsgəri olan Əmirli Əmirşah 27 sentyabr 2020-ci ildə başlanan Vətən Mühatribəsinə ezam olunur və könüllü olaraq könüllü döyüşə qatılan döyüşçülərlə birgə döyüş yolu keçir. O, Suqovuşan, Talış kənd uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşur. Döyüşlərin birində Əmirşah yaralanır, iki gün hərbi hospitalda yatır və öz ərizəsi ilə dönür cəbhəyə...

2020-ci il 27 oktyabr... Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə döş qəfəsindən yaralanaraq şəhidlik zirvəsinə ucalır. Əmirşah Əmirli Qaradağ rayonunda Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır. Şəhidin üstünə bürünmüş üç rəngli bayraq atası Səttar Əmirova təqdim olunur.

Ali Baş Komandan İlham Əliyev döyüş tapşırıqlarını və əsgər vəzifəsini layiqincə yerinə yetirən əsgər Əmirli Əmirşah Səttar oğlunu ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşan azad olunmasına görə” medalları ilə təltif edib. Təhsil aldığı Binəqədi rayonu 28 may qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbin ikinci sinifinə onun adı verilib.

Şəhid anası Gülnar Əmirova deyir ki, Əmirşah çox zəhmətkeş uşaq idi, hələ uşaqlıqdan işləyərək evə qazanc gətirirdi, valdeynlərinin, bacı, qardaşının qayğısına qalırdı: "Heç bir gün incimədim ondan, dini-imanlı oğlan idi. Yaşından tez böyüdü. Həyatda hər şeyi sevirdi, onun ürəyinə dammışdır ki çox tez dünyasını dəyişəcək, ölümü belə bizə sevdirirdi. Hər zaman deyirdi: “Biz yazılanlarla yaşayırıq.”

Cəbhədə vuruşarkən tez-tez bizimlə danışırdı. Hər zamanda eyni sözü dedi: “İnşallah nəsib olsun gəlsəm müharibədə necə döyüşməyimi, müharibənin gedişini sizə danışacam.” Balamın arzusu çox idi, o bütün arzularını ən ali məqam olan şəhadəti ilə əvəz etdi.