2022/03/aliqa-1646392551.jpg

line
Adı: Əli
Soyadı: Qənbərov
Ata adı: Mahir
Doğum tarixi: 04.03.2002
Şəhid olub: 06.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Əli Mahir oğlu Qənbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi olub. Vətən müharibəsi başlayanda Əli cəmi 6 ay idi ki, Füzuli istiqamətində hərbi xidmətdə idi. Ailə üzvlərinin sözlərinə görə arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərmək olub. Sentyabrın 27-də xidmət etdiyi səngərdə "İrəli" əmrini alanlardan olub.

Aylarla müşahidə etdiyi düşmən səngəri bir neçə saat sonra cəsur döyüşçülərimizin nəzarətinə keçib. Döyüşdəki ilk qələbəsindən sonra o, atasına zəng vuraraq, zəfər qurbanı kəsməsini xahiş edib.


Əli Qəmbərov bir neçə gərgin döyüşdə göstərdiyi şücaətlə seçilib. O, hətta ağır əməliyyatlarda belə, daim öndə olub. Cəsur döyüşçümüz oktyabrın 6-da Füzuli rayonu ərazisində növbəti ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əli Qənbərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.