Mansurun Vətənə olan sevgisi onu 2019 -cu ildə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində müddətdən artıq həqiqi hərbi xidmət edən qulluqçu kimi xidmətə başlamağına sövq edib. Vətənimizin igid oğlu Mansur hər zaman işğal altında olan torpaqlarımın işğaldan azad olunması arzusu ilə yaşayıb. Vətən müharibəsində hünərlə iştirak edən Mansur hərbi tibbi yardım maşını ilə ən ağır nöqtələrdən yaralılarımızı xəstəxanaya çatdırıb. Bununla yanaış bəzən döyüşdə yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb.
Füzuli, Qubadlı rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. Qəhrəman Mansurun döyüş yolu Xocavənd istiqamətində də davam edib və o, oktyabr ayının 18 -də Xocavənd rayonunun azad olunması uğrunda şəhid olub. Şəhidin nəşi səhərisi gün doğulub, boya-başa çatdığı Beyləqan rayonunun İkinci Şahsevən kəndinə gətirilib və böyük izdihamla torpağa tapşırılırb.
Ölümündən sonra
"Vətən uğrunda" ,
"Xocavəndin azad olunmasına görə" ,
"İgidliyə görə" ,
"Füzulinin azad olunmasına görə" ,
"Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.