Yusibli Böyükağa Elbrus oğlu 2000-cü il sentyabrln 1-də Beyləqan rayonu Kəbirli kəndində anadan olub. O, 2020-ci ildə MAXE kimi xidmətə başlayıb. Tuşlayıcı -operator olub.
Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Böyükağa sentyabrın 30-da Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Şəhid atası Yusifov Elburus: "BMP-nin üzərinə minamyot düşüb. Bədənindən əsər -əlamət qalmayıb. Bizə külü gəlib çatmışdı".
Ülviyyə Yusifova:"Şeirə, poeziyaya marağı var idi. Şeirlərindən birində yazmışdı ki, ana, şəhid olsam, bil ki, arzuma çatdım. Ona həmişə Ağdam haqda danışırdım. Bir dəfə Ağdam məscidi haqda soruşdu, təsvir etdim. Şəkillərini çəkib Ağdam haqda şeirlər yazdı. Sentyabrın 1-i 20 yaşı tamam oldu. 3 ay hərbidə oldu. 27- si mühasirəyə düşmüşdülər. Mən Ağdamda 90-cı illərdə girov düşənlərin haqq -hesablarını görmüşdüm deyə balamın mühasirəyə düşdüyünü biləndə əllərimi göyə açıb dedim, bircə ermənilərin əlinə keçməsinlər. Mühasirədən çıxa bilmişdilər. Həmin gecə komandiri yaralanıbmış. Onu qoruyub xilas edib.O, dedi, bu həyatda olmağıma görə bu gün oğlunuza borcluyam. Özüm də bilmədən 20 yaşlı qəhrəman oğul böyütmüşəm".
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.