2021/09/9-1632091692.jpg

line
Adı: Abdullayev
Soyadı: İntiqam
Ata adı: Allahverdi
Doğum tarixi: 12.08.1998
Şəhid olub: 02.10.2020
Rütbəsi: Leytenant

İntiqam Abdullayev Allahverdi oğlu 12 avqust 1998-ci ildə Ordubad rayonunun Düylün kəndində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan İntiqam Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Murovdağ döyüşlərində iştirak edib.

2 oktyabr 2020-ci il Murovdağ uğrundə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dağlarda qış fəslində axtarış işləri çətin getdiyi üçünİntiqam Abdullayevin cənazəsi uzun müddət tapılmır və o,itkin düşmüş sayılır. Şəhadətindən 165 gün sonra onun şəhid xəbəri gəlir.

Şəhid Ordubad rayonunun Düylün kəndində dəfn olunub.