2021/09/e-1632478036.jpg

line
Adı: Göyüşov
Soyadı: Sərvan
Ata adı: Mehman
Doğum tarixi: 28.02.1997
Şəhid olub: 27.09.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Sərvan Göyüşov 1997-ci il, fevralın 28-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun leytenantı olan Sərvan Göyüşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. Sərvan Göyüşov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Ağdam rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Sərvan Göyüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Sərvan Göyüşov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.