2021/05/Hüse-1622102281.jpg

line
Adı: İsmayılov
Soyadı: Hüseyn
Ata adı: Fərman
Doğum tarixi: 29.06.1991
Rütbəsi: MAHHXHQ əsgər

Hüseyn Fərman oğlu İsmayılov 29 iyun 1991-ci ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə alıb. Ailəli idi, 2 övladı yadigar qaldı.

2008-ci ildə hərbi xidmətə yollanan Hüseyn hərbi xidmət müddətində Aprel döyüşlərində də iştirak etmişdir. O, 21 yaşında, 2017-ci ildə MAHHXHQ əsgər olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Hüseyn İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə ağır yara aldığına görə xəstəxanaya yerləşdirilsə də, 4 noyabr tarixində yenidən döyüş meydanına qayıtmışdır. 1 gün sonra 5 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən əsgər Hüseyn İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

memorial.az