Şamil Afiq oğlu Mirzəyev 1996-cı il martın 2-də Yardımlı şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Şamil Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Şamil Mirzəyev noyabrın 10-da şəhid olub. Yardımlı şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Şamil Mizəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.