Ramil Raqif oğlu Səlimzadə 1 may 1995-ci ildə Ağdaşın Yuxarı Ağcayazı kəndində anadan olub.
25 yaşlı Ramil Səlimzadə toy gününə 2 gün qalmış "öncə Vətən", deyərək torpaqlarımızı azad etmək üçün müharibəyə yollanıb. O, Füzuli, Cəbrayıl, Zəngilan və Ağdərə istiqamətindən gedən döyüşlərdə iştirak edib.
Bəlkə də valideynlərinə təskinlik vermək üçün gələcəyini demişdi. Oktyabrın 14-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Ramil Səlimzadə Ağdaş rayonundan Vətən müharibəsi zamanı şəhid olan 27 nəfərdən biridir. Yuxarı Ağcayazı kənd qəbiristanlığında dəfn olunub.
Yanvarın 6-da Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində Vətən müharibəsindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalan Ramilin xatirəsinə tikilən bulağın açılışı olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.