27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub, Goranboy rayonu istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib.
30.09.2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vəliyev Əli Kamran oğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.
memorial.az