Samir Bayramov 1996-cı il avqustun 15-də Göygöl rayonunun Yeni Zod kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Samir Bayramov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub.
"Vətən azad olmayınca evlənməyəcəyəm",- deyən Samir sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.