2021/09/sehid-1632385977.jpg

line
Adı: Əmrahov
Soyadı: Saməddin
Ata adı: Şamil
Doğum tarixi: 02.10.1978
Şəhid olub: 04.10.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Saməddin Şamil oğlu Əmrahov 1978-ci il oktyabrın 2-də Kəlbəcər şəhərində anadan olub.

1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calut kəndində yaşamağa başlayıblar. 1985-1993-cü illərdə Kəlbəcər şəhərində 3 nömrəli tam orta məktəbdə, 1993-1996-cı illərdə isə Calut kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Aysu adında qızı və Şamil adında oğlu yadigar qaldı.

Saməddin Əmrahov 1996-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.

Ailənin gülərüzlüsü, qayğıkeş, həlim övladı Saməddin həm də çox zəhmətkeş olub. Murovdağ döyüşləri zamanı yaralanıb, amma geri çəkilmədən təkrar döyüşlərdə iştirak edib. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Calut kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Saməddin Əmrahov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.