2021/09/unnam-1632222734.jpg

line
Adı: Mustafayev
Soyadı: Siyasət
Ata adı: Akif
Doğum tarixi: 02.05.1996
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı

 Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Siyasət Mustafayev Qarabağımızda torpaqlarımızın azad edilməsi uğrunda işğalçı Ermənistan ordusuna qarşı igidliklə döyüşən və 24 yaşında şəhidlik zirvəsinə ucalan oğullarımızdandır.


memorial.az bildirir ki, Siyasət 1996-cı ildə Ağdaş rayonunun Abad kəndində dünyaya gəlib. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmətini başa vurduqdan sonra yenidən qəlbən sevdiyi və bağlandığı ordu sıralarına qayıdıb. Burada o, Azərbaycan Silahlı Qüvvələrinə layiq bir hərbçi kimi formalaşıb.



Azərbaycan Ordusunun kiçik çavuşu olan Siyasət Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyasət Mustafayev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağdaş rayonunun Pirəyir kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyasət Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyasət Mustafayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

İşğalçı Ermənistan ordusunun Qarabağda törətdiyi növbəti, irimiqyaslı təxribata qarşı Silahlı Qüvvələrimizin başladığı əks-hücum əməliyyatının ilk vaxtlarından ön cəbhədə düşmənə qarşı igidliklə vuruşan və xeyli canlı qüvvəsini məhv edən Siyasət döyüş yoldaşları və komandirləri arasında böyük hörmət qazanıb. Əlbəttə, heç bir müharibə şəhidsiz olmur. Gənc hərbçi Tərtərin Talış kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ailədə bir bacının tək qardaşı idi.


Atası Akif Mustafayev şəhid oğlu ilə fəxr etdiyini bildirib: “Oğlum Vətən müharibəsində şəhid olub. Mənim üçün böyük təsəllidir ki, o, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gündə qazanılan Böyük Qələbədə şəhidlik zirvəsinə ucalıb. Bu zirvə onu yaşadır, həmişəlik yaşadacaq”.



Təltiflər :

"İgidliyə" görə
"Laçının" azad olunması medalı
"Suqovuşanın" azad olunması medalı
“Vətən uğrunda” medal.