2022/08/pervi-3323186862.jpg

line
Adı: Məmmədov
Soyadı: Pərvin
Ata adı: Natiq
Doğum tarixi: 04.08.2001
Rütbəsi: əsgər
Təltifləri
«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Məmmədov Pərvin Natiq oğlu 2001-ci ilin avqustun 4-də Xaçmaz rayonunun Şıxlar kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş idilər. 2019-cu ildə hərbi xidmətə yollanan Pərvin müharibə başlayanda bir il iki ayın əsgəri olub. Talış kəndi və Suqovuşan uğrunda şiddətli döyüşlərdə iştirak edib.

Müharibə günlərində ayağından güllə yarası alan əsgər komandirlərinin qisasını almaq üçün xəstəxanaya getməyib, döyüşə davam edib. Pərvin oktyabrın 2-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb.

Dayısı Mehrəli Məmmədov deyir ki, Pərvinin atası da birinci Qarabağ müharibəsinin iştirakçısı olub və dörd il torpaqlarımız uğrunda döyüşüb.



“Axrıncı dəfə sentyabrın 30-u atası ilə danışıb. Ondan sonra əlaqə kəsilib. Atası oğluna deyib ki, “ehtiyatlı ol, mən də müharibədə iştirak etmişəm və onun nə demək olduğunu bilirəm”. Pərvin isə ona “Vətən uğrunda canımı da verərəm” deyə cavab verib.

Onun meyiti bir az gec, noyabrın 28-i tapılıb. Uzun müddət itkinlərin siyahısında olub. Meyit elə bir yerdə olub ki, müharibə dayanmamış götürmək mümkün olmayıb.



Döyüşə 93 nəfərlə qatılıblar, ancaq onların dəstəsindən təxminən 3-4 nəfər sağ qalıb.

Döyüş yoldaşı danışır ki, ayağından yaralanıbmış, xəstəxanaya aparırmışlar, ancaq razılaşmayıb. Deyib komandirimizi öldürüblər, onun qisasını alacağam. Yaralı ayaqla döyüşə davam edib. Ondan sonra Pərvindən xəbər olmayıb. Yoldaşları xəstəxanada xəbər tutub ki, Pərvin şəhid olub. Onu sinəsindən vurmuşdular. Hava soyuq olduğuna görə bu müddət ərzində cəsədi normal vəziyyətdə qalmışdı.



Oğlumuz atasının yolunu getdi. Atası da Qarabağ uğrunda 4 il döyüşüb, kontuziya alıb. Hər övlad kimi onun da arzuları var idi. Cəbhədən geri qayıdandan sonra valideyinlərinə dəstək olacaqdı...”



Pərvin Məmmədov 2020-ci il 2 oktyabr tarixində Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərmi partlayışı nəticəsində şəhid olub.



Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Pərvin Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.