2021/09/hesen-1632691048.jpg

line
Adı: Həsənov
Soyadı: Tacir
Ata adı: Elşən
Doğum tarixi: 21.04.2001
Şəhid olub: 14.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Tacir Elşən oğlu Həsənov 21 aprel 2001-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində anadan olub. Tacirin ailəsi əslən Ağdam rayonunun Rzalar kəndindəndir. Ailə məcburu köçkün olaraq Bakının Pirşağı qəsəbəsində müvəqqəti məskunlaşıb. Yəqin məhz bu məqam onu düşmənə qarşı nifrətə kökləmişdi. Gənc qəlbi intiqam hissi ilə alışıb-yanırdı. Tacir Həsənov Pirşağı qəsəbəsindəki sanatoriya tipli internat məktəbində orta təhsil alıb. Bu məktəbdən 2017-ci ildə məzun olub hərbi xidmətə yollanıb. Əsgərlikdən qayıtdıqdan sonra özü üçün gün-güzəran qurmağa çalışıb.

Vətən müharibəsi başlayanda Tacir silaha tərəddüdsüz sarılıb. Murovdağ istiqamətində döyüşüb. Tacir Həsənov oktyabrın 14-ü Göygöl rayonu, Toğanalı kəndi istiqamətində gedən döyüşlərdə hərbi əməliyyatlar zamanı nəticəsində şəhid olub. Pirşağı qəsəbəsində dəfn edilib.





Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə " medalı ilə təltif edilib.