Cabar 17 iyul 2002-ci ildə Xaçmaz şəhərinin Müşkün kəndində anadan olub. 2007-ci ildə həmin kəndin Tarverdi Bayramov adına tam orta məktəbinin birinci sinfinə daxil olub. Kiqboksing idman növünə marağı olan Cabar, 2014-ü ildən bu idmanla məşğul olmağa başlayır. O, zamanla böyük naliyyətlər əldə edərək 9 medal, 13 diploma layiq görülür. 2018-ci ildə təhsilini başa vurduqdan sonra bərbərlik peşəsinə yiyələnib. 18 yaşlı şəhidimiz eyni zamanda rəqs etməyi də çox sevirdi və bunu özünə hobbi seçmişdi.
Cabar 2020-ci ilin iyul ayının 27-də Goranboya hərbi xidmətə yola salınır. 27 sentyabr tarixindən isə Vətən müharibəsində iştirak edir. Qəhrəman əsgər Murovdağ silsiləsi, Ağdərə və Suqovuşan uğrunda gedən döyüşlərdə şücaət göstərir.Müharibənin 67-ci günündə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
O, ailəsi ilə ən son sentyabrın 30-da telefon ilə danışıb.
“Cabar zəhmətkeş oğul idi, onun əlindən hər iş gəlirdi. Cabar əsgərliyə gedəndə demişdi ki, şəhid olub gələcəyəm. Nənəsi Qubadlıdandır. Ona da söz vermişdi ki, torpaqlarımızı azad edəcək. Sonuncu dəfə mənim doğum günümdə zəng elədi. Təbrik etdi, sonra da dedi ki, bizim üçün dua edin. Suqovuşanda döyüşərkən şəhidlik zirvəsinə ucalıb. Ayağından, qabırğasından və baş nahiyəsindən güllə yarası alıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhidin anası
Tükəzban Əkpərova söyləyib.
“Cabar vətənpərvər, qoçaq və igid övlad olub. Gözündə qorxu yox idi. Hərbi xidmətə yola salınanda mən Rusiyada idim. Pandemiyaya görə Azərbaycana qayıda bilmirdim. Sentyabrın 24-də mənə görüntülü zəng etdi. Hərbi xidmətindən çox razı idi. Müharibə başlayandan bir müddət sonra onunla əlaqə kəsildi. Uzun müddət axtarışda olduq. Şəhid olduğunu da bilmirdik. Yalnız dekabrın 6-da Əkpərin şəhid olduğu təsdiqləndi. Bir gün sonra dəfn etdik. Vətən sağ olsun”, - deyə şəhidin atası
Əşrəf Əkpərov söyləyib.
Şəhid Cabar Əkpərov ölümündən sonra
“Vətən uğrunda” ,
“Suqovuşanın azad olunmasına görə” və
“Cəsur döyüşçü” medalları ilə təltif edilib.II Qarabağ savaşında qəhrəmancasına şəhid olmuş Cabbar Əşrəf oğlu Əkbərovun dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.