27 sentyabr 2020-ci il tarixdə düşmən təxribatına cavab olaraq Müzəffər Ordumuz 30 il düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə başladı. Biz tarixən tolerant, sülhsevər xalq olmağımıza baxmayaraq, Ermənistan tərəfindən təhrik olunan müharibəyə qoşulmalı olduq.
Vətən müharibəsində iştirak edən hərbçilərdən biri də Əmiraslanov Elgün Sərvan oğludur. O, 1995-ci il aprelin 25-də Göygöl rayonunda anadan olub. Kəşfiyyatçı-pulemyotçu olan 27.09.2020-ci il tarixdə Goranboy rayonu istiqamətində gedən döyüşlərdə şəhid olur.
Bu gün Vətən müharibəsi adı verdiyimiz bu müqəddəs savaşda xalqımız və ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında birləşərək, dəmir bir yumruğa çevrildik.
Əmiraslanov Elgün vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.