Azər İsmixan oğlu Eldarzadə 1994-cü il oktyabrın 25-də Göygöl şəhərində anadan olub. 2000-2011-ci illərdə Göygöl şəhəri 4 saylı orta məktəbdə təhsil alıb. Hələ məktəb vaxtlarında Azər öz əxlaqı, mədəniyyəti və vətənpərvərliyi ilə tanınıb. Dostları, sinif yoldaşları və müəllimləri arasında sevilib və hörmət qazanıb. Azəri məktəbi bitirərək 2012-ci ilin oktyabrında hərbi xidmətə yollanıb 2014-cü ildə xidmətini başa vurduqdan bir neçə ay sonra Vətən sevgisi onu yenidən hərbiyə qayıtmağa sövq edib. Könüllü olaraq döyüş bölgəsini seçərək müddətdən artıq hərbi qulluqçu kimi yenidən ordu sıralarına qatılıb.
Şəhidimiz ailəli idi, özündən sonra bir oğlu yadigar qalıb. Yaşadığı küçə indi onun adını daşıyır...
Azər Eldarzadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. O, oktyabrın 03-də Göygöl rayonu Toğanalı kəndi istiqamətində düşmənlə təmas xəttində döyüş mövqeyindən qarşı tərəfin
“Canavar sol” döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar yerinə yetirən zaman həlak olub. Şəhidimiz Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhid Azər Eldarzadə Vətən qarşısında danılmaz xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamları əsasında ölümündən sonra
"Vətən uğrunda" ,
"İgidliyə görə " və
"Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.