Afik Namik oğlu Həsənov 1 noyabr 1999-cu il tarixdə Qusar rayonu, Böyük Muruq kəndində anadan olub. Böyük Muruq kənd orta məktəbini bitirib. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vursa da ordu sıralarında qalıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.
Afik Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başladılan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb. 2 oktyabr 2020-ci il tarixdə Goranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində, hərbi əməliyyatlar nəticəsində şəhid olub. Afik Həsənov itkin əsgərlər siyahısında olub. Nəhayət, uzun axtarışlardan sonra yanvarın 14-də ata yurdu Böyük Muruq kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tarix Həsənov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə " medalları ilə təltif edilib.