Orxan Şaiq oğlu Teymurlu 1996-cı il iyulun 27-də Gədəbəy rayonunun Şınıx kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Ağdərə, Hadrut, Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb.
İgid əsgər 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Teymurlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.