2021/09/orxan-1632177513.jpg

line
Adı: Aslanlı
Soyadı: Orxan
Ata adı: Şahmar
Doğum tarixi: 20.11.1992
Şəhid olub: 08.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Aslanlı Orxan Şahmar oğlu 1992-ci il noyabrın 20-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub.

O, 2016-cı ilin aprel döyüşləri zamanı da orduya könüllü yazılmışdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Yaralansa da, sağalar-sağalmaz dərhal cəbhəyə dönüb.

Orxan Aslanlı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunda torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Aslanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.