2021/05/16136-1622226710.jpg

line
Adı: İlkin
Soyadı: Məmmədov
Ata adı: Cəmil
Doğum tarixi: 07.01.1993
Şəhid olub: 02.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
Məmmədov İlkin Cəmil oğlu 1993-cü il yanvarın 7-də Gəncə şəhərində anadan olub.

O, 2010-cu ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbi bitirib.

2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb və FHN-nin “N” saylı hərbi hissəsində həqqi hərbi xidmətdə olub.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra o, xidmətini MAHHX HQ kimi davam etdirib.

İlkin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

O, Murov zirvəsinin və Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərə qatılıb. İlkin Məmmədov 2020-ci il oktyabrın 3-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Subay idi.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən İlkin Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.