2021/09/eldar-1632671751.jpg

line
Soyad: Baxşıyev
Ad: Eldar
Ata adı: Sultan
Doğum tarixi: 07.10.1998
Şəhid olub: 30.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı
Eldar Sultan oğlu Baxşıyev 1998-ci il, oktyabrın 7-də Goranboyda anadan olub. 2020-ci il, yanvarın 22-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət edirdi.

2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da Suqovuşan uğrunda döyüşlərin gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralı döyüş yoldaşlarına kömək edərkən qəhrəmancasına şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.