Tərxan Bakı Dövlət Unversitetinin Biologiya fakultəsini bitirib. Elə bu səbəbdən də tibbi bilikləri digər əsgərlərlə müqayisədə daha yaxşı idi. Döyüş vaxtı yaralılara ilk tibbi yardım göstərən qəhrəmanımız, daha sonra səngərdə düşmənlə üz-üzə döyüşməyi seçir.
Tərxan özündən kiçik bacısı və qardaşı üçün də arxa dayaq olub. Ən böyük arzusu onları da ali təhsilli gənc kimi görmək olub.
Qurbanovlar ailəsinin böyük övladı olan Tərxan Füzuli, Xocavənd, uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, noyabrın 6-da şəhidlik zirvəsinə ucalır. İgidimiz ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilib.