Fətulla Qasım oğlu Siracov 18 aprel 2001-ci ildə Şabran rayonunun Gəndov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub.
Hərbi xidmət müddətində ağciyər iltihabından əziyyət çəkən Fətulla Siracov 29 yanvar 2021-ci ildə Kəlbəcərdə xidmət zamanı ürək tutmasından dünyasını dəyişib. Nəşi doğulduğu Şabran rayonunun Gəndov kəndində dəfn edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fətulla Siracov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.