2021/05/Scree-1622237013.jpg

line
Adı: Kamal
Soyadı: Babayev
Ata adı: Eynulla
Doğum tarixi: 27.05.1991
Şəhid olub: 05.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Kamal Eynulla oğlu Babayev 1991-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2009-cu ildə hərbi xidmətə yollanıb․ 2011-ci ildə hərbi xidmətini başa vurub.

2020-ci ildə Vətən Müharibəmiz başlayanda Kamal da Vətənin müdafiəsinə yollanır. Füzuli, Qubadlı, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edir. Noyabrın 5-dəki döyüşlər isə onun üçün sonuncu olur.

Atası Eynulla Babayev deyir ki, Kamal Şuşa istiqamətində, Daşaltı kəndi ərazisində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub: “Cəbrayıl, Füzuli, Ağdam, Horadiz istiqamətində gedən döyüşlərdə iştirak edib. Şuşa istiqamətində, Daşaltıda şəhid olub. Bir şəhid atası kimi bütün şəhid atalarına başlarını dik tutmağı tövsiyə edirəm. Onlar vətən üçün, bizim üçün, bizim şərəfimiz uğrunda şəhid olublar”.


Şəhidin anası Lalə Babayeva deyir ki, oğlu cəbhəyə getmək üçün can atırmış. Bala itkisi ağır olsa da, oğlunun şəhadəti ilə qürur duyur Lalə ana: “Müharibə başladı, övladım cəbhəyə getməyə can atırdı. Oktyabrın 5-i cəbhəyə yola saldım onu, noyabrın 5-i dünyasını dəyişdi. Bala itkisi çox çətindir, dözmək olmur. Amma mən fəxr edirəm ki, balam belə gözəl adla özünü tanıtdı, şəhid oldu”.

Kamal Babayev doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.